#ONMA nədir?  

 

   Akademiyamız “Online Network Marketing Academy” qısaca olaraq ONMA adlanır və 2017- ci ilin 1 Aprelində bir qrup azərbaycanlı, türk, qazax, gürcü, rus  və ukraynalı mütəxəsisin təşəbbüsü ilə yaradılıb.  ONMA- nın əsas məqsədi internet dünyasında baş verən yenilikləri araşdırıb, bununla bağlı insanların maariflənməsinə və daha faydalı şəkildə fəaliyyət göstərməsinə vasitəçi olmaqdır.

Yarandığı gündən ONMA komandası silsilə şəklində maarifləndici xarakter daşıyan təlim, seminar, vebinar, konfrans və s. təşkil ediblər. 2017- ci ilin 17 Noyabrında Azərbaycanda, Bakı şəhərində rəsmi olaraq, dövlət qeydiyyatına alınan şirkətin tam rəsmi adı ONMA Line Consulting ” MMC adlanır. MMC- nin rəsmi profili araşdırma, təlim və tövsiyədir. ONMA- nın təsisçisi və ideya rəhbəri Blokçeyn texnologiyası üzrə ekspert, təlimçi və yazar Qurbanəli Ömərdir.

 

                                                                                                                 “ONMA Sosial Şəbəkəsi"

                                                                                                                   Öyrən, öyrət və qazan!

 

   ONMA.IO - əsas profili onlayn təlim- tədris olan, reklama görə öz kriptovalyutası (ONMA token) ilə referal bonuslar verən və sırf biznes üçün nəzərdə tutulan sosial şəbəkədir. Başqa cür desək, ONMA onlayn tədrislə məşğul olub, gəlir əldə etmək istəyən şəxsləri netvork konsultantlar (reklamçılar) vasitəsilə tələbə, yatırımçı və müştərilərlə əlaqələndirən sistemdir. 

ONMA sosial şəbəkə layihəsi şirkətin özək və həmçinin, ilk rəsmi onlayn platformasıdır. Bu sistemin üzərində onlayn təlim- tədris başda olmaqla, 10 bir- birinə bağlı platforma fəaliyyət göstərəcəkdir.

Onlayn təlim- tədris şəbəkəsi əsasən öyrənmək, öyrənə- öyrənə öyrətmək və buradakı fəaliyyətindən pul qazanmaq istəyən ziyalı auditoriya üçün nəzərdə tutulub. Platformanın yaradılmasında əsas məqsəd təlim- tədris işçilərinin, konsultantların, psixoloqların, jurnalistlərin, reklamçıların, dizaynerlərin, şəbəkə marketinqi ilə məşğul olan şəxslərin, yatırımçıların, traderlərin və bir sözlə onlayn çalışa biləcək bütün ixtisaslı kadrların şəbəkələşməsini təmin etməkdir. Sistemin hazırda 4 əsas üstünlüyü var : onlayn təlim- tədris şəbəkəsi, referal (tövsiyə) marketinq, ödənişsiz reklam və kriptovalyuta.

Onlayn təlim- tədris (satış) gəliri:

  Saytda öz bilik və bacarıqlarını başqalarına öyrətmək istəyən müəllimlər çox asanlıqla (evdən ayrılmadan) böyük bir auditoriyaya sahib tələbələrə, tələbələr isə çox savadlı və təcrübəli müəllimlərə (bütün profillərin divarı dəyərləndirmə, eyni zamanda rəy üçün açıq olacaq və buna görə reytinq cədvəli formalaşacaq) çıxış imkanı əldə edəcək, həm də bu dərsləri daha ucuzdan almış olacaqlar. Başqa cür yanaşsaq, bu şəbəkədə olan hər kəs ödənişli və ödənişsiz paylaşımlar edərək, bir növ öz bilik və təcrübələrini "barter" etmiş olacaq. Tələbələr istədikləri müəllimi tapıb, onun vebinarlarına, intelektual oyunlarına, debat, mühazirə və fərdi onlayn kurslarına qatıla, konsultasiyalarında iştirak edə və istədiklərini çox rahat bir şəkildə (evdən, ofisdən ayrılmadan) və ən yüksək səviyyədə öyrənə biləcəklər. Onların buradakı canlı yayımları öncədən ödəniş edib, vebinarlarda iştirak etmək, videodərsləri, elektron və audio kitabları, testləri, məqalələri, xəbərləri, foto materialları və s. almaq imkanları olacaq. Müəllimlər, təlimçilər, imtahangötürənlər, imtahanverənlər, xaricdə təhsil almaq istəyənlər və ya bu işlə fərdi qaydada məşğul olanlar, konsultantlar, mütəxəssislər və başqaları isə sistemin verdiyi imkanlardan istifadə edərək, çox rahatlıqla həm öz auditoriyalarına, həm də sistemin digər üzvlərinə xidmət göstərə biləcəklər. Sistemdə daha çox alıcı olduğundan xidmət və məhsulların qiymətinin aşağı olması həm satıcıya (müəllim, konsultant və s.), həm də alıcıya (öyrənən şəxsə) sərfəli olacaq. Satıcı tərəfə satdığı məhsul və ya xidmətə görə ümumi məbləğin 70%- i dərhal ödənilir. Bir daha qeyd edək ki, buradan tələbələr, iş adamları, hüquqşunaslar, yazarlar, incəsənətçilər, tərcüməçilər, menecerlər, iş axtaran mütəxəsislər, ideya müəllifləri, kriptovalyutalar ilə maraqlanan insanlar və digərləri çox rahatlıqla faydalana biləcəklər.

Reklam və referal gəliri:

Sistem qapalı biznes portalıdır və qeydiyyat əsasən içəridən dəvətlə mümkündür. Şəbəkənin verdiyi imkanlardan geniş şəkildə yararlanmaq üçün üzv olduqdan sonra, abunəçi paketlərindən birini almaq lazımdır. Bu zaman mövcud kursa uyğun olaraq ONMA tokenləri verilir və ödədiyiniz məbləğ boşuna getmir və sizin üçün bir növ depozit balansı açılır. Eyni zamanda, İCO (Initial Coin Offering) müddəti olduğundan bonus olaraq əlavə tokenlər də verilir. Hər paket həm də bir karyera dərəcəsidir və dərəcə sahibi özündən əvvəlki paketin də hüquqlarına sahibdir. Qeyd etdiyimiz kimi, dərəcə yalnız paket alarkən verilir və sonradan məcburi dəvət və ya satışlar edib, hər hansı bir karyera dərəcəsi bağlamaq kimi şərtlər yoxdur. Sistem referal marketinq ilə işlədiyindən burada üzv olan bütün insanlar, özəlliklə şəbəkə marketinqi liderləri etdikləri real və virtual reklamlardan (email, mobil, sosial şəbəkələr, saytlar, SEO və s.) sonra ciddi qazanclar əldə edə biləcəklər. Saytdakı referal gəliri (4 və ondan yuxarı dərəcələr üçün açıqdır) birinci dərinlikdən 7, ikinci dərinlikdən 5, üçüncü dərinlikdən isə 3 faizdir. Yəni, sizin istəyinizə görə (hər hansı bir məcburiyyət yoxdur) sistemə abunə olan bütün istifadəçilərin sistemdaxili hər xərcinə (paket, token, dərs, bilet  kimi onlayn xidmət və məhsulların alışı, ödənişli reklam vermə və s.) görə, müqavilə müddətinizin sonuna qədər sizə bu faizlər ödəniləcək və bununçun hər hansı bir əlavə şərt də yoxdur. Həmçinin, saytda zaman- zaman müxtəlif network gəlirləri ilə yanaşı, bonus proqramlarından və promosyonlardan (lotoreya, səyahət, yay- qış məktəbi düşərgələri, yerində dil kursları və s.) yararlanmaq imkanı da olacaq. Sistem paket satışlarından gələn gəlirin 30, digər satışlardan isə 15 %- ni dərhal network bonuslarına paylayır. Şirkət ortaqlıq paketlərinə sahib abunəçilərinə dərəcələrinə uyğun olaraq onların şəbəkələrində gedən dövriyyədən (First Founder), ümumi network dövriyyəsindən (Partner Founder) və özünün bütün platformalardan əldə etdiyi təmiz gəlirdən (Manager Founder) pay verir. Network üçün nəzərdə tutulan məbləğdən sistemdə qalıq qaldıqda bu reklam büdcəsində toplanacaq və şəbəkə üzvləri üçün təşkil olunan sözügedən promosyonlara və faydalı reklamlara xərclənəcək. Bundan başqa şirkətin digər platformaları açıldıqda sistemdə MLM, "Matrix" və "Binary" kimi şəbəkə gəlirləri də olacaq. Onu da qeyd edək ki, şirkətin reklam və TV platformaları açıldığında sistem abunəçilərinə saytda onlayn olduğuna, həmçinin reklam izlədiyinə görə sosial şəbəkə və reklam bonusları da ödəyəcək. 

Ödəmə və balansdan çıxarış:

Hazırda, saytda ödəmə və balansdan çıxarış Portmanat SWIFT yolu ilə mümkündür. Həmçinin, tələbə kateqoriyasında olanlar xaric, qalan hər kəs sistemdaxili əməliyyatlar üçün digər istifadəçilərin (tələbə dərəcəsindən yuxarı) balansına ( günlük limit olmaq şərti ilə) fiat məbləğ və ya token göndərə biləcək. Aşağıda da qeyd etdiyimiz kimi, tədricən sistemdə Millicard,  Paypal, e- Payments, Bank Paysera, Advanced Cash,  WebMoney, Perfect Money, Payeer Payoneer kimi ödəmə üsullarının, həmçinin, Bitcoin, Ethereum, Waves kimi kriptovalyutaların qəbulu da olacaq.

  Bu sosial şəbəkəyə  zaman- zaman  bir- birindən maraqlı yeni- yeni funksiya və platformalar əlavələr ediləcək. Bir daha qeyd edək ki, şirkətin bütün gələcək platformaları məhz bu sistemin üzərində qurulub, inkişaf edəcək. Sayt sıfırdan kodlaşdırılaraq yığıldığından, rahatlıqla yeniliklər və dəyişikliklər etmək imkanları olacaq. Şirkət təkliflərə hər zaman açıq olacaq və dəyərləndirib, qəbul edilən bütün təklif, layihə və xidmətlərə görə də mükafatlandırmalar edəcək.

 

ZƏNGİNLƏRİN VƏ ZƏNGİN OLMAQ İSTƏYƏNLƏRİN bu sosial şəbəkəsində yaxın zamanda yaradılması nəzərdə tutulan əlavə funksiyalar:

1. Ödənişli xəbərlərin, fotomaterialların, audio kitabların və s. satışı.

2. Profilin qaleriya (fotolar və videolar), günlük status, durum və qeydlər bölməsi. Hava proqnozu, Təqvim.

3.  Xəbərlər: Gözləntilər, yeniliklərimiz, sektor xəbərləri, ümumi xəbərlər və xəbər saytları.

4. Profili izlə, maraqlı/ maraqsız et, qruplaşdır, əngəllə və s.  Profil və dərslərə ödənişli "dəyər" ver.  Reytinq cədvəli. Dəvət, təklif və tövsiyələr. Borc Al / Ver ("Lending"- Yalnız "Platin Lender" və ondan yuxarı paket sahibləri üçün).

5. Fiziki və hüquqi şəxslər üçün rəsmi səhifə və qrupların yaradılması, toplu və ödənişli mesaj qutusu. Kolleksiya. Ümumi Al/ Sat qrupu.

6.  Konsultasiyalar üçün tarifli video / audio zəng, gizli mesaj qutusu və VİP çat. Giflər. Səs / yazı  tərcümə- dəyişmə əsasında yazışma və rəy. 

7.  "Line event" lər- "Offline" tədbirlərə "DƏVƏT". Şəxsi bloq.

8.   Tədris və Kredit balansı. Ödənişsiz E- KİTABXANA. Ödənişsiz dərs otaqları. İntelektual oyunlar. 

9. Şirkətin özünün və ya öz sponsorluğu ilə hazırlanan çap, onlayn və İT məhsulların təşkili. Foto- video dizayn.

10. Filtrasiya: kateqoriyalara görə profil və dərslərin mükəmməl axtarış sistemi. Platforma və funksiyalara görə axtarışlar (İş / işçi, ev / ev yoldaşı, səyahət (təlim- tədrisə dair) / səyahət yoldaşı və s.). Məkana görə axtarış və funksiyalar (Mobil tətbiqdə).

Azərbaycan, İngilis və Rus dillərindən başqa sayta əlavə ediləcək xarici dilər:

1) Türk (Türkiyə) 2) Urdu (Pakistan) 3) Ərəb 4) Çin 5) İspan 6) Fransız 7) Alman

Qeyd: Şəbəkənin mobil tətbiqi İCO (koinlərin ilkin yerləşdirilməsi) sonuna planlaşdırılıb. Bilməyənlər üçün qeyd edək ki, İCO hər hansı bir layihə tərəfindən gələcəkdə öz platformasında xidmətlərin hesabını ödəmək üçün nəzərdə tutulmuş müəyyən sayda tokenin (kriptovalyuta) öncədən satışı vasitəsilə maliyyələşmə cəlb etmək vasitəsi deməkdir.

 

İCO

ONMA token - Onlayn biznesin kriptovalyutası

ONMA token ilə peşəkar trader kimi yetişənə qədər öyrənməyə davam!

ONMA  kriptovalyuta həvəskarları üçün inanılmaz fürsətlər yaradır. Üzvlər paket alıb, sistemə abunə olarkən hədiyyə və ya ekstra bonus olaraq aldıqları və ya buradan (referal, satış, xidmət, passiv və s.) qazandıqları ONMA tokenlərini İCO müddəti bitər- bitməz çox rahatlıqla sistemdə xərcləyə (paket/ dərs ala, ödənişli reklam verə və. s), o cümlədən, burada, sistemin öz birjasında və ya digər kriptovalyuta birjalarında fiat pullara və Bitcoinə, həmçinin başqa altkoinlərə çevirə, trade edə, nağdlaşdıra və ya başqasına göndərə biləcəklər. Həmçinin, onlar bu kriptovalyuta birjaya girdikdən sonra, öz tokenlərini (minimum 500 ədəd) ONMA hesablarında tutduqda (stake) passiv gəlir olaraq, ümumi hovuza görə günlük 0.2 %- dək token qazanacaqlar. Hətta, digər kriptovalyutaları əldə etmək istəyənlər üçün ən rahat və sərfəli yol ilk olaraq ONMA tokenlərini əldə etmək olacaq.

Özündə 10 platforma və bir- birindən maraqlı funksiyaları birləşdirəcək olan ONMA layihəsi ümumi olaraq 10 milyon dollar dəyərində qiymətləndirilib. İCO müddəti bitdikdən sonra sistemdaxili bütün əməliyyatlar məhz ONMA tokenləri ilə həyata keçiriləcəkdir.

Başlanğıc olaraq, 6 ABŞ dolları dəyərində qiymətləndirdiyimiz ONMA tokenləri hazırda abunəçilərimizə sistemdən paket aldıqda bonus olaraq əlavə tokenlər verildiyindən (4- cü və ondan yuxarı paketlərdə bonuslar daha yüksəkdir və 12- ci paketə qədər yüksələn xətt üzrə artmaqda davam edir), onlara 1 ONMA 1 - 3 dollar arasındakı kursa başa gələcək. ONMA tokeninin İCO- dan sonra burada və əlavə ən az 10 kriptovalyuta birjasında exchange oluna bilməsi, qarşıya qoyduğumuz məqsədlərdəndir.  Qəbul komissiyası ilə yanaşı, səsvermə ilə qəbul edilən birjalarda sizlərin də dəstəyinizə güvənərək, deyə bilərik artıq bu 10 coin birjası siyahısı artıq bizə məlumdur. Waves platformasında yaratdığımız ONMA tokenlərinin maksimum sayı 10 milyon ədəd olacaq və bu say 10 il müddətinə dövriyyəyə buraxıla bilər.  Bunun 100 mini sistem açılarkən Airdrop (kriptovalyutanın böyük bir kütlə tərəfindən tanınması və arxasında sağlam bir komandanın olması üçün heç bir məbləğ alınmadan, sadəcə müəyyən şərtlər daxilində havayı verilməsi) zamanı paylanacaq, maksimum 1 milyonu isə şəbəkəmizin üzvlərinə və İCO saytımızdakı digər müştərilərimizə sistemin ilkin quruculuq mərhələsində (İCO) şirkətimizdən paket alarkən hədiyyə və ekstra bonus şəklində veriləcəkdir. Beləliklə, ilkin olaraq, totalda 1,1 milyon ədəd ONMA tokenin olması nəzərdə tutulub.  Ancaq 5 milyon token daimi olaraq şirkətin bazasında risklərə qarşı depozit olaraq saxlanacaq, geri qalan 3, 9 milyon token isə 10 il ərzində "stake" ə qoşulanlara tələb və təklifə uyğun olaraq günlük % olaraq paylanacaq. Şirkət bu kriptovalyutanın dəyər itirməməsi üçün öz balansında qalan və ona qayıdan tokenləri birjalarda birbaşa və ya dolayı yolla satışa çıxarmayacaq və lazım gəldiyində yandıracaqdır. İCO müddətində şirkət bütün satışlarından gələn gəlirin 30 % - ni marketinq- reklam siyasətinə, 20 %- ni öz vergi, işçi və texniki xərclərinə, geri qalan 50 %- ini isə ONMA tokeninin gələcək inkişafı üçün xərcləyəcək. Beləki, bu 50 %- in yarısı sistemin tam qurulmasına, bütün platformaların yüksək səviyyədə açılmasına, başqa obyektlərin (merchant) bu kriptopulu valyuta növü olaraq qəbul etməsinə və tokenin birjalarda "listing" olunmasına, digər yarısı (12, 5 %- USD, 12, 5% BTC) isə birjalardakı süni manipulyasiyalara (Dump- Pump) qarşı depozit olaraq saxlanacaqdır.   

Qeyd etdiyimiz kimi, Airdrop zamanı sistemdəki bir çox üzvlərə hədiyyə paket və tokenlər veriləcək. İCO müddətində bəzi abunəçilərə "general" səviyyədə, ödənişsiz Blokçeyn və kriptovalyuta təlimləri keçiriləcək. Onlara ONMA tokenindən birjalarda necə faydalanmaq olar, mövzusunda "master class"  keçiriləcək. Bununçün, şirkət bəzi paketlərdən gələn gəlirin müəyyən faizini öz anlaşmış olduğu təlimçi- ekspertlərə əlavə bonus olaraq ödəyəcək. Həmçinin, bəzi abunəçilər açılacaq olan "exchange", "store", "foundation" kimi platformalarda "qurucu üzv" olmaq hüququna sahib olacaqlar. İCO- dan sonra "online" və  dünyanın müxtəlif şəhərlərindəki "offline" alış- veriş mərkəzləri, kafelər və s. obyektlər ONMA tokenini rəsmi müqavilə əsasında tədavül vasitəsi olaraq qəbul etdiyində, digər güzəştlərlə yanaşı, proqramçı (yatırımçı)  və ya ortaqlıq paketlərindən ( 1000 dollara dək) onlara hədiyyə olaraq veriləcək. Baxmayaraq ki, paket hədiyyə olaraq verilir, müqaviləyə vasitəçi olan netvorkerlər buna görə öz referal gəlirləni ( 70 dollara dək) alacaqlar. 

İCO başa çatdıqdan sonra sistemdən sırf xidmətlərdən yararlanmaq üçün abunəçi paketi alarkən, ekstra bonus (%) olaraq ONMA tokeni verilməsi dayandırılacaqdır. Şirkət yeni abunəçilərə balans açarkən (paket alışında) token verdikdə öz kriptovalyutasının dəyər itirməməsi və dövriyyə artımına dəstək üçün bunu öz bazasından deyil, mövcud birjalardan alaraq verəcəkdir. Sistemdə xidmət, məhsul, funksiya və platformalar artdıqdan sonra isə paket alışlarında abunəçilərə balans olaraq ümumiyyətlə token verilməyəcəkdir. 

Hədəfimiz, ONMA tokenlərinin təbii yollarla 100, 300, hətta 1000 dollar və daha artıq dəyər qazanmasına, şirkətimizin bu və digər platformalarında uğurla istifadə olunmasına nail olmaq və ONMA partnyorlarına rahat qazanc sağladığını görməkdir. 

ONMA kriptovalyutasının əsas üstün cəhətlərindən biri də tranzaksiya xərcinin maksimum aşağı, sürətinin isə yüksək olması olacaq. Qeyd etdiyimiz kimi, tokenin öz İCO saytı, elektron cüzdanı, birjası və dəyərləndiyi böyük platformalar olacaq.

ONMA tokeninin İCO müddəti bitdikdən sonra 30 gün içərisində kriptovalyuta birjalarına girməyi planlaşdırılır. İlk olaraq DEX  (Waves Decentralized Exchange) və Türkiyədəki birjaların birinə girəcəyini indidən dəqiqliklə vurğulamaq istərdik. Anlaşmış olduğumuz bütün birjalar, həmçinin merçantlar haqda da zaman- zaman saytımızda məlumatlar yerləşdirəcəyik. Ancaq unutmayın ki, öncə bu kriptovalyuta məhz ONMA platformalarında istifadə və "exchange" oluna biləcək. 

 

İCO müddəti və ondan sonra  bu sistemin üzərində şirkətin açılacaq olan yeni platformalarının xronoloji ardıcıllıqla siyahısı:

1. News & Reklam

2. ONMA TV  & Radio-  (TV 2- BTB)

3. Auction & Donation

4. Forum, Monitoring & Encyclopedia

5.  Line Store*

6. Foundation & Investment projects*

7. Exchange & Games*

8. ONMAcard, ONMApay & ATM

9. Cafe & Academic club

10. Line Academy & Campus

 

Qeyd 1: Sistemin " Reklam" və " TV" platformaları abunə olmayan siravi üzvlər üçün də izləmək üçün açıq olacaq.

Hər bir ödənişli "REKLAM" və "TV" paketi üçün abunəçilərə aktivliyinə görə (tələbə dərəcələri xaric) sponsorlar (reklamverənlər) tərəfindən aylıq 70 dollar dəyərində (paket satışının 70%- i) bonus paylanacaq. 

Qeyd 2: Sistemin öz mobil intelektual oyun məhsulu ilə abunəçilər günlük 20- 30.000 $ arası, yatırımsız belə olsalar qazanc əldə edə biləcəklər. Bundan başqa şirkət öz jurnalını dərc etməyi və ildə bir dəfə mükafatlandırma gecəsi keçirməyi planlaşdırır. 

ICO- dan sonra şirkət ümumi dövriyyəsindən əldə etdiyi gəlirin 10%- ni sponsorluq təkliflərinə (düşərgə, konfrans, forum, festival təşkili və s.), xeyriyyə aksiyalarına (elm və təhsillə bağlı)  və sistemin profilinə uyğun sosial layihələrin icrasına ayıracaq. Şirkət həmçinin distant təhsil istiqamətində xarici dövlətlərin ali məktəbləri ilə əməkdaşlığı və "ONMA təqaüdü" proqramı ilə çıxış etməyi də planlaşdırır.   

 

                                                                                                                           

                                                                                                                         

                                                                         "Airdrop" ELANI:


1) ONMAda qeydiyyatdan keçib, real profil bilgiləri, həmçinin şəkli yerləşdirən (təsdiq olunmuş profil sahibləri) və saytdakı sorğuda iştirak edən şəxslər "Airdrop"a qoşulmaq imkanı əldə edəcəklər. Bununçün təbii olaraq saytımızda yerləşdirilən sosial şəbəkə səhifələrimizin hər birini bəyənib, izləməyiniz və teleqram qrupumuza üzv olmağınız lazımdı.  Bundan sonra “facebook” səhifəmizdə başa çıxarılmış postu paylaşmağınız və şərh yazmağınız tələb olunur. Şərhinə ən çox bəyənmə gələn, ilk yüz nəfər bizdən 1 ONMA tokeni, ən çox bəyənmə gələn 10 şəxs isə 10 ONMA tokeni qazanacaqdır. Səhifəmizi bəyənməyən insanların şərhi bəyənməsi nəzərə alınmayacaq. Ona görə də, öncə dostlarınızı səhifəmizi bəyənməyə dəvət etməyiniz, daha sonra onları işarələməyiniz və #ONMA #ONMAtoken #ONMAnat haştaqları üzərində statuslar yazıb, paylaşımlar etməyiniz tövsiyə olunur. Bu haştaqlar altında ən yaxşı status yazan 1 şəxs də, bizdən 100 ONMA tokeni qazanacaqdır.  
 

2)  Bundan başqa saytımızdakı sorğuda iştirak edən 100 ən yaxşı mütəxəsisə 10 ONMA tokeni və təqdimat zamanı sertifikat təqdim olunacaq. 

3) 1- ci xəttinə real profil yığan referalçılara hər 10 profilə görə, 1 ONMA tokeni veriləcəkdir. 10 referala-1, 100 referala- 10, 1000 referala- 100 ONMA tokeni şəklində.

4)  Sistem “İCO” müddətində dərs yerləşdirən abunəçilərə hər 10 ödənişli dərs müqabilində 1 ONMAtoken hədiyyə edir.

5) ONMAtokeni rəsmi müqavilə əsasında qəbul edən obyektlərə 1000 dollarlıq ONMA paketi (683 ONMA tokeni), bu “merchant” müqaviləsini imzalayan hər “Master Trader” paketi sahiblərinə isə şirkət 70 dollarlıq paket şəklində 30 ONMA tokeni verəcəkdir. 

 

Qeyd 1: Bir ONMA tokeni İCO müddətində 10 min dollara qədər dəyişən paketlərə görə 1,3- 6 dollar arasında satışa çıxarılacaq. (Ətraflı oxu- layihənin haqqında bölməsindən)  


Qeyd 2. Şirkət Airdropdan sonra sistemdə 100 min istifadəçinin olmasını planlaşdırır.


Qeyd 3. Airdropun vaxtı (İCO elanından əvvəl) və təqdimatımızın vaxtı haqda səhifələrimizdə məlumat paylaşılacaqdır. Bizi izləyin!