Saytda qeydiyyatdan keçmədən öncə, haqqında qaydalar bölmələrini, paket alarkən isə ümumi paket qaydalarını və alacağınız paketin qaydalarını, onun sizə verdiyi hüquq və üstünlükləri diqqətlə oxuyun!

    1. Burada bir İP, bir İD ünvanından ikinci hesab açmaq QADAĞANDIR!
    2. Söyüş, təhqir və qıcıqlandırıcı davranışlar sərgiləmək qəti QADAĞANDIR!
    3. Şiddət, terror, narkotik, əxlaqsızlıq və s. təbliği qəti QADAĞANDIR!
    4.  Dövlət əleyhinə, o cümlədən milli, dini, irqi, siyasi və s. təşviqat və hər cür ayrıseçkiliklər qəti QADAĞANDIR!
    5. Saxta məhsul və ya xidmətin, (coin, yatırım, şəbəkə və s.) maliyyə və məhsul piramidalarının təbliği qəti QADAĞANDIR!
    1. Yalan və oğurluq məlumatlar yaymaq, fırıldaqçılıq etmək, vergidənyayınma və çirkli pulların yuyulması kimi qanunlarla qadağan edilmiş hallara görə sistemdən istifadə etməyə çalışmaq qəti QADAĞANDIR!
    2. Şirkətə və üzvlərə qarşı qayda və qanunlara zidd hərəkətlər etmək qəti QADAĞANDIR!  Saytdan icazəsiz olaraq başqa firmaların reklamları (icazəli paylaşımlar, ödənişli reklamlar və qarşılıqlı tərəfdaşlıq müqavilələri əsasında partnyorluqlar istisna olmaqla) üçün istifadə etmək, həmçinin buradakı müştərilərin digər şəbəkələrə dəvəti YOLVERİLMƏZDİR!
    3. Gəlirlərə görə vergi ödəmək abunəçinin tamamilə öz məsuliyyətindədir. Saytdakı məhsulların piratçılıq yolu ilə satılması və müəllifin və ya şirkətin icazəsi olmadan internet saytlarında yayılması qəti QADAĞANDIR!
    4. Sistemə ödəmə edərkən məbləğ hesabınıza yatanadək qəbzi özünüzdə saxlayın. Abunəçilər paketdən  və sistemdən istifadə etmədiyi təqdirdə 14 gün müddətinə paketdən imtina hüququna sahibdirlər. 90 gün ərzində aktiv olmayan hesablar şirkət tərəfindən avtomatik olaraq SİLİNƏCƏKDİR!
    5. Burada qayda və qanunlara zidd hərəkətlər edənlərin hesabları dondurula, bağlana və ya tamamilə silinə bilinər, əgər lazım gələrsə tərəflər münaqişəli məsələləri həll etmək üçün məhkəməyə müraciət edə bilər.